Türkiyədə silahlı atışma: ölənlər var

Türkiyənin Siirt vilayətində silahlı atışma baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Haber Qlobal” məlumat yayıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Olay yerinə təcili tibbi yardım və jandarm qüvvələri cəlb olunub.

İnsident barədə ətraflı məlumat verilməyib.