Azərbaycan Türkiyədən 320 avtobus alacaq
12:53 11.12.2020
Arxiv
423
Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, dövlətin birbaşa diqqət və qayğısının nəticəsidir ki, son 5 ildə paytaxtın avtobus parkının 40%-i yenilənib. Bildirilib ki, Prezidentin tapşırığı ilə ötən müddətdə 603 ədəd orta və iritutumlu müasir sərnişin avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Bu il üçün isə daha 115 ədəd avtobus alınıb ki, artıq onlarında 80 ədədi Bakıdadır. 9 metrlik 35 ədədi yaxın vaxtlarda gətiriləcək.
Qeyd olunur ki, köhnə və istismar müddətini başa vuran avtobuslar xətlərdən çıxarılaraq yeni, sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslarla əvəz edilir. Tədricən şəhərin mərkəzi ilə yanaşı ətraf kənd və qəsəbələr üzrə də vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətləri göstərilir Gündəlik təxminən 360 min nəfərdən artıq sərnişin yeni və müasir avtobuslardan istifadə edir.
Dövlət başçısının müasir avtobusların alınması ilə bağlı tapşırığına uyğun olaraq daha 320 ədəd orta və iritutumlu avtobus alınacaq. Bununla bağlı dekabrın 10-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təşkil olunan mərasimdə Bakı Nəqliyyat Agentliyi ilə qardaş ölkənin “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında müqavilə imzalanıb.
170 ədədi 9, 150-ədədi isə 12 metrlik olacaq bu avtobuslar sərnişindaşıma tələblərinə tam cavab verir. Yeni müasir və rahat 9 metrlik avtobusların gətirilməsi xüsusi ilə daha çox kənd və qəsəbələr üzrə müasir sərnişindaşıma xidmətləri ilə göstərməyə imkan verərəcək.
Avtobus parkının yenilənməsi pandemiya dövründə şəhər nəqliyyatının dayanıqlığını da təmin edib. Xüsusi ilə avtobus parkında 18 metrlik avtobusların olması səhər və axşam pik saatlarında sərnişin axının idarə olunması baxımından əhəmiyyətlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya