Nar“Rusiyadan Azərbaycana vətəndaşlarımızın qayıdışı yalnız “Evə gedirəm” portalı ilə mümkündür. Bu portalda vətəndaşlarımızın qeydiyyatdan keçməsi lazımdır”.
Azərbaycan vətəndaşları Rusiyadan yalnız belə qayıda bilərlər
15:48 15.05.2020
Arxiv
518
Nar“Rusiyadan Azərbaycana vətəndaşlarımızın qayıdışı yalnız “Evə gedirəm” portalı ilə mümkündür. Bu portalda vətəndaşlarımızın qeydiyyatdan keçməsi lazımdır”.
APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, bu proses mərhələlərlə həyata keçiriləcək.
“Ancaq xaricdən gələn vətəndaşlarımız mütləq karantin rejimindən keçməlidirlər. Bizim xaricdən gələnləri karantin zonasında yerləşdirmək üçün imkanlarımız həftədə 200-500 nəfərdir. Karantin zonasında bütövlükdə imkanlarımız genişdir, amma karantin zonasında tək xaricdən gələnlər yerləşdirilmir. Karantin zonasında daxildə yoluxanlar, yoluxanlarla kontaktda olanlar, şübhə doğuran insanlar yerləşdirilir. Amma xaricdən gələnlərin karantin zonasında kvotası həftədə 200-500 nəfərdir. Amma bu 200-500 nəfərlik imkan tək Rusiyadan gələnlər üçün deyil. Türkiyədən, İrandan, Özbəkistan, Avropanın müxtəlif ölkələrindən gələnlər də var. Ona görə də mütləq qrafik yaradılır ki, karantin infrastrukturunun verdiyi imkanlar səviyyəsində xaricdən vətəndaşlarımız ölkəyə gətirilsin. Amma bu proses nəzarət altında olmalıdır. Buna görə də Rusiyadan “Evə gedirəm” portalında qeydiyyatdan keçməklə ölkəyə gəlmək mümkündür. Vətəndaşlarımız Rusiya ilə sərhədə yığışmalı deyildi, bu barədə insanlara məlumat verilib. Vətəndaşlarımızdan xahiş olunur ki, portalda qeydiyyatdan keçib öz növbələrini gözləsinlər”, - deyə İ. Məmmədov qeyd edib.
O, Rusiya-Azərbaycan sərhədinə toplaşanların sayı barədə məlumatlı olmadığını vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur