“Azərbaycana raketlərin haradan atıldığı müəyyənləşib” - Baş prokuror
11:40 30.10.2020
Arxiv
487
“Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbələri cəbhə xətlərindən uzaqda yerləşən şəhərlərdə hər hansı hərbi obyekt yoxdur”.
APA-nın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev bildirib.
Baş prokuror deyib ki, raket zərbələri endirilən şəhərlər cəbhə xəttindən çox uzaqda yerləşir: “Cənubi Qafqazda ən böyük su elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını dağıtmağa cəhd olub, raketlər elektrik stansiyasının qarşısına düşüb”.
K. Əliyev qeyd edib ki, 7 halda “SCUD” (Elbrus) tipli raketlərdən istifadə edilib : “11 və 17 oktyabr tarixlərində Gəncəyə, o cümlədən Kürdəmir, Qəbələyə bu raketlərdən atılıb. Azərbaycan ərazilərinə “S-300” raketləri də atılıb. Bəzi hallarda “Smerç”, “Toçka-U“ raketlərindən də istifadə olunub. Təəssüf ki, bu raket qurğularında əsasən kaset tipli raketlərdən istifadə edilir. “Human Rights Watch və “Amnesty İnternational” da bunu təsdiqləyib”.
Baş Prokuror nəzərə çatdırıb ki, əldə olunmuş məlumatlara görə, “SCUD” və “S-300” raketləri Ermənistanın Vardenis rayonu ərazisindən atılıb: “Smerç” tipli raketlər isə bəzi hallarda işğal altındakı Kəlbəcər, Xankəndi və digər işğal altındakı ərazilərdə yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi bazalarından atılıb. 350 şahid, 1700-dən çox zərərçəkmiş şəxs tanınıb. Ballistik ekspertizaların rəyi ilə həmin raketlərin hansı istiqamətdən, nöqtədən atıldığı müəyyənləşdirilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya