Azərbaycanda bu nazirliklə bağlı cinayət işləri başlandı - RƏSMİ
14:24 12.05.2020
Arxiv
621
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial problemlərin həlli, əhalinin aztəminatlı təbəqəsinin maddi vəziyyətinin yaxşılaşdırılması, sosial siyasət kimi strateji sferada idarəetmənin təkmilləşdirilməsi, əlçatanlıq və şəffaflığın təmin olunmasında mühüm irəliləyişlərə müvəffəq olunub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən, sosial təminat sistemində əhalinin daha həssas təbəqəsinin sosial-iqtisadi mənafelərinin müdafiəsinin gücləndirilməsi sahəsində korrupsiya hüquqpozmalarına və sui-istifadə hallarına yönəlmiş qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanmış 2019-cu il üzrə hesabatında göstərildiyi kimi bu istiqamətdə ardıcıl və kəsərli tədbirlər görülməklə cinayət əlamətləri olan 28 xidməti araşdırma üzrə materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa təqdim olunub.
Qeyd edilən materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla 18 material üzrə cinayət işləri başlanıb, digərləri üzrə isə prokuror təsir aktları tətbiq edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Başlanmış cinayət işləri üzrə 13 şəxs barəsində səkkiz cinayət işinin istintaqı tamamlanaraq müvafiq məhkəmələrə göndərilib, 10 cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.
Məhkəməyə göndərilmiş cinayət işlərindən ikisi üzrə dörd şəxs barəsində ittiham hökmü çıxarılıb, altı cinayət işi hazırda məhkəmələrin icraatındadır.
Qeyd olunan işlər üzrə dövlətə vurulmuş külli miqdarda maddi ziyanın ödənilməsi istiqamətində müvafiq tədbirlər görülməklə hazırda icraatda olan cinayət işləri üzrə ziyanın ödətdirilməsi ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müdafiə sahəsində bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri işlərin görülməsi bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat