Azərbaycanda əhalinin yalnız 20,4 faizi idmanla məşğul olur
18:16 06.09.2020
Arxiv
463
Azərbaycanda əhalinin yalnız 20,4 faizi idmanla məşğul olur.
Trend-in məlumatına görə, 2019-cu ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, ölkədə 15-19 yaşlı əhalinin 43,5 faizi, 20-44 yaşlı əhalinin 27 faizi, 45-64 yaşlı əhalinin 11,6 faizi idman edir.
İdmanla məşğul olan kişilərin sayı qadınlara nisbətən daha çoxdur. Azərbaycanın kişi əhalisinin 30,8 faizi idmanla məşğul olur. Ölkədə 15-19 yaşlı kişilərin 54 faizi , 20-44 yaşlı kişilərin 40,7 faizi, 45-64 yaşlı kişilərin 17,1 faizi, yaşı 65-dən çox olan kişilərin 8,7 faizi idmanla məşğuldur.
Qadınlara gəldikdə isə, onların yalnız 11 faizi idmanla məşğul olur.
Azərbaycandakı 15-19 yaşlı qadınların 32,2 faizi , 20-44 yaşlı qadınların 13,2 faizi, 45-64 yaşlı qadınların 7 faizi, yaşı 65-dən çox olan qadınların 2,6 faizi idman edir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyri-aktiv həyat tərzi və fiziki hərəkətsizliyi dünya üzrə ölümə səbəb olan dördüncü əsas risk amili kimi qiymətləndirir. Dünyada hər 3-cü şəxs kifayət qədər aktiv həyat yaşamır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya
Zelenski: Putindən başqa hamı bunu istəyir
12:11 08.08.2026
Gündəm
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
11:57 08.08.2026
Hadisə
Ukrayna Qara dənizdə bəzi tankerlərə hücum etməməyə razılaşıb
11:42 08.08.2026
Dünya
Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi
11:27 08.08.2026
Hadisə
Qripdən qorunmaq üçün ən effektli üsul - Həkim tövsiyəsi
11:22 08.08.2026
Sağlamlıq
ABŞ-nin Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsi sual altındadır
10:55 08.08.2026
Gündəm