Azərbaycanda indiyədək 2214194 koronavirus testi aparılıb

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a verilən məlumata görə, ölkədə son sutka ərzində 3768, hazırkı dövrədək isə 2214194 test aparılıb.