Azərbaycanda koronavirus: 113 yeni yoluxan, 40 sağalan, bir ölən... 

“Azərbaycanda 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, koronavirusdan 40 nəfər sağalıb:

“Bir nəfər koronavirusdan vəfat edib. Virusa ümumi yoluxanların sayı 3387 olub. İndiyə qədər 2055 nəfər koronavirusdan sağalıb. Hazırda aktiv xəstə sayı 1333 nəfərdir. Bu günə qədər 235 910 test aparılıb”.