Azərbaycanda koronavirusa yoluxmanın ən yüksək olduğu yerlər açıqlandı - SİYAHI

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu koronavirusa yoluxma riskinə görə ilk pillələrdədir.
Oxu.Az-ın müxbiri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, alınmış tədbirlər yoluxma hallarının azaldılmasına hədəflənib.