“Azərbaycanda koronavirusun ikinci dalğası başlaya bilər” - XƏBƏRDARLIQ
15:26 29.04.2020
Arxiv
529
Hazırda xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar bır sıra tədbirlər həyata keçirilir. Bu təbii ki, əhali arasında müsbət əhval-ruhiyyə yaradır. Lakin, unutmaq olmaz ki, hələ COVİD-19 təhlükəsi tamamilə aradan qalxmayıb.
Oxu.Az xəbər verir ki, karantin rejiminin yumuşaldılması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun şəkildə bəzi ayaqqabı təmiri mağazaları, geyim satışı ilə məşğul olan bəzi butiklər, telefon təmiri mağazaları fəaliyyətini bərpa edib.
Bu halda insanlar müəyyən qədər karantin qaydalarını unudaraq gigiyenik normalara, sosial məsafəyə laqeyd yanaşmağa başlayır. Təəssüf ki, bu, yoluxma hallarının artmasına gətirib çıxara bilər və bu heç də arzu olunan hal deyil.
Bəs karantin qaydalarının yumşaldılmasından istifadə edərək, küçələrə çıxan insanlar yoluxma hallarının artmasına səbəb ola bilərmi? Gigiyenik normalara riayət edilməməsi ölkədə koronavirus pandemiyasının ikinci dalğasını başlada bilərmi?
Məsələ ilə bağlı ölkənin Baş infeksionisti Cəlal İsayev Oxu.Az-a danışıb. Onun sözlərinə görə, koronavirus pandemiyasının başlanğıc dövründə həyata keçirilən tədbirlərə ciddi şəkildə riayət olunmalıdır:
“Mövcud karantin rejimi yavaş-yavaş yumşaldılır. Lakin bu heç də təhlükənin tamamilə aradan qalxması demək deyil. Əhali arasında yaranan müəyyən rahatlıq gigiyenik qaydalara riayət edilməli olduğunu unutdurur. Bütün dünya ölkələrini cənginə alan COVID-19 infeksiyası çox ciddi və uzunmüddətli prosesdir. Bu günə qədər çəkilən maarifləndirici videoçarxlarda vətəndaşlara tövsiyə edilən zəruri profilaktik tədbirlər davam etdirilməlidir. Əks təqdirdə bu günə qədər atılan bütün addımlar, qabaqlayıcı tədbirlər öz əhəmiyyətini itirəcək”.
C.İsayev onu da əlavə edib ki, əhali arasında virusa yoluxma hallarının artması pandemiyanın ikinci dalğasının başlanğıcı ola bilər:
“Gigiyena qaydalarına ciddi riayət edilməsə, pandemiyanın ikinci dalğası başlaya bilər. Bu isə özü ilə bərabər daha böyük təhlükələr gətirər. Xəstəliyin dinamikasında artım olarsa, yumşaldılan karantin rejimi yenidən sərtləşdirilə, hətta müvafiq məhdudiyyətlərin müddəti daha da uzadıla bilər. Bu səbəbdən, bu gün hər şey insanların özündən asılıdır. Məhdudiyyətlər nisbətən azaldılsa da, hər bir şəxs gigiyena qaydalarına riayət etməli, əllərini tez-tez yumalı, tibbi maska və əlcəklərdən istifadə etməlidir. Mümkün qədər özünütəcrid prosesinə əməl olunsa, yaxşıdır. Xüsusilə, yaşı 65-dən yuxarı olan vətəndaşlar diqqətli olmaldırlar. İctimai yerlərdə, qapalı məkanlarda çox qalmamalı, sosial məsafəni, iki metrlik distansiyanı nəzərə almalıdırlar. Xəstəliyin ikinci dalğasının başlamasına şərait yaratmamaq üçün bütün profilaktik tədbirlərə riayət olunmalıdır”.
Xatırladaq ki, ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində “Evdə qal!” “Sağlam qal” həştəqləri ilə sosial çarxlar hazırlanaraq maarifləndirici məlumatlar paylaşılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ronald Arauxo "Liverpul"a keçdi
07:17 11.08.2026
Futbol
Cici Hadid qızı və bacısı ilə tətildə
06:06 11.08.2026
Şou
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm