Azərbaycanda mebel fabrikində faciə: ölən var




Qazax şəhərində bədbəxt hadisə baş verib. 

Sherg.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 5-də Qazax şəhərində yerləşən mebel fabriklərindən birində dülgər işləyən Etibar Məcidov ağackəsən aparatla işləyən zaman ehtiyatsızlıqdan kəsdiyi ağacın bir hissəsi onun sinəsinə dəyib və o, hadisə yerində ölüb.

Araşdırma aparılır.