Yaponiyanın paytaxtı Tokioda 34 gündür ki, fasiləsiz yağış yağır və bu, şəhər üçün qeydə alınan ən uzun yağıntılı dövrdür.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd olunur ki, az günəş işığı və həddindən artıq rütubət artıq kənd təsərrüfatına ziyan vurub.
Bu vəziyyətin məhsuldarlığın azalmasına səbəb ola biləcəyi vurğulanıb.
Bundan əlavə, yerli sakinlərə sürüşmə riski barədə xəbərdarlıq edilib.
Meteorologiya İdarəsi oktyabrın əvvəlinə qədər yağışların davam edəcəyini bildirir.