Azərbaycanda mövcud su mənbələri araşdırılır
09:19 26.09.2020
Arxiv
577
Azərbaycanın mövcud su mənbələrinin dəyərləndirilməsi istiqamətində “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən araşdırmalar həyata keçirilir.
Bu barədə Oxu.Az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
O bildirib ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na əsasən, bəzi mənbələrin məhsuldarlığının artırılması nəzərdə tutulur:
“Oğuz-Qəbələ-Bakı su kəmərinin, eləcə də İkinci Bakı su kəmərinin mənbəyində əlavə su həcmlərinin yaradılması ilə bağlı mütəxəssislərimiz tərəfindən ilkin mərhələdə hansı tədbirlərin görülməli olduğu barədə araşdırma aparılır. Mövcud su mənbələrinin məhsuldarlığının artırılması məqsədilə subartezian və artezian quyularının qazılması nəzərdə tutulur”.
A.Cəbrayıllı onu da əlavə edib ki, ölkədə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə üçüncü Şollar su kəmərinin mənbəyində də araşdırmalar davam etdirilir:
“Araşdırmaların aparılması və texniki əsaslandırma sənədlərinin hazırlanması məqsədilə Sukanal Elmi Tədqiqat Layihə institutunun mütəxəssisləri artıq işlərə başlayıblar. Bu sənədlər yekunlaşandan sonra mənbədə hansı işlərin görülməsi bəlli olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət