Azərbaycanda nazirlikdə yüksək TƏYİNAT


Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev imzalayıb
Əmrə əsasən, Vüqar Süleymanov Aparat rəhbəri təyin edilib.
O, bundan əvvəl ETSN-də şöbə müdiri vəzifəsində çalışıb. 
Qeyd edək ki, keçmiş aparat rəhbəri Vüqar Kərimov bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib. 
Bununla bağlı ilk xəbəri Unikal.org yayıb.