Azərbaycanda onlarla ana və körpəsi koronavirusa yoluxub
15:00 06.07.2020
Arxiv
619
“Əgər bir körpə koronavirusa yoluxubsa, onlar anaların müşahidəsindən kənarda qala bilməz. Körpə uşaq xəstəxanasına aparılır və orada ananın müşahidəsi ilə müalicəsi davam etdirilir. Tam əks vəziyyətdirsə, ana və uşağı COVID-19-a yoluxubsa, hər ikisinin müalicəsi xəstəxanada bir palatada həyata keçirilir”.
Oxu.Az-ın məlumatına görə, bunu “Real” TV-nin efrində “Yeni klinika” Xəstəxanasının direktoru Pərviz Abbasov bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda belə xəstələrin sayı onlarladır:
“16 yaşa qədər olan yeniyetmələr valideynləri ilə xəstəxanada qala bilər”.
Direktor qeyd edib ki, hazırda “Yeni klinika”da 50 yaşın üzərində olan xəstələr daha çoxdur:
“Bütün dünyada protokollara əsaslanan müalicə üsulu var. Konkret olaraq virusu məhv edən peyvənd, dərman yoxdur. Yaşından asılı olaraq müalicə protokolları dəyişir. Müalicənin gedişatı da xəstəliyin mərhələsindən asılıdır”.
P.Abbasov qeyd edib ki, fevralda gördüyümüz koronavirus dönəmi ilə son iki ayın mənzərəsi çox dəyişib:
“Həmin dövrdə yaşlılar və yanaşı xəstəliyi olanlar daha çox yoluxurdu. Artıq son dövrlərdə bu xəstəlik gəncləşib. Hətta 30 yaşlı şəxslərdə ölüm halı müşahidə edilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol