Azərbaycanda “Pinterest” istifadəçilərinin sayı “Facebook”u üstələdi
08:47 02.11.2020
Arxiv
378
Oktyabr ayında ölkədə “Pinterest” istifadəçilərinin sayı artıb. Azərbaycanda ən çox aktivliyin qeydə alındığı sosial platforma “Pinterest” olub.
Oxu.Az-ın “Global Stats”dan əldə etdiyi məlumata əsasən, oktyabr ayında bu sosial platformada aktivlik səviyyəsi 73,38 faiz olub.
Ölkədə “Facebook” istifadəçilərinin sayı isə ümumi sosial şəbəkə istifadəçilərinin sayının 10,35 faizini təşkil edib. Halbuki bu göstərici sentyabr ayında 37,19 faiz təşkil edirdi. Bununla da “Facebook” ikinci pillədə qərar tutub.
“Youtube” istifadəçilərinin sayı isə oktyabr ayında 7,1 faiz təşkil edib. Sentyabr ayında bu aktivlik göstəricisi 16,92 faiz olub.
Oktyabr ayında “Instagram” istifadəçilərinin isə aktivlik səviyyəsi azalıb. İlin ortalarına (aprel ayı) nisbətən aktivlik kəskin azalıb və ötən ay “Instagram” istifadəçilərinin sayı 2,88 faiz təşkil edib. Bu göstərici sentyabr ayında 10,48 faiz idi.
“Twitter” istifadəçilərinin sayında da kəskin azalma var. Belə ki, oktyabrda bu platforma üzrə istifadəçilərin aktivlik dərəcəsi 1,8 faiz olub. Sentyabrda isə bu, 3,53 faiz idi.
Ümumilikdə, bütün sosial şəbəkələr üzrə aktivlik dərəcəsi azalsa da, “Pinterest”də istisna artım qeydə alınıb. Sosial platformalarda azalmanı müharibə şəraiti ilə əlaqədar internetdə müəyyən məhdudiyyətlərin tətbiq olunması ilə əlaqələndirmək olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə