Azərbaycanda ümumilikdə 67392 nəfər COVID-19-a yoluxub, 867 nəfər vəfat edib

Azərbaycanda indiyədək ümumilikdə 67392 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a verilən məlumata görə, onlardan 50009 nəfər müalicə olunaraq sağalıb, 867 nəfər vəfat edib, aktiv xəstə sayı 16516 nəfərdir.