“Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” hesabatının təqdimatı... - FOTO
11:41 21.12.2020
Arxiv
456
İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə hesabatın təqdimatına dair videokonfans formatında işgüzar görüş keçirilib.
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, ölkəmiz Almaniya ilə əməkdaşlığın inkişafına böyük önəm verir və AHK bu istiqamətdə fəaliyyəti təqdirəlayidir.
Vurğulanıb ki, AHK tərəfindən “KPMG Azərbaycan” ilə əməkdaşlıq çərçivəsində nəşr olunan “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” hesabatının pandemiyanın iqtisadiyyata təsirlərinin müəyyənləşdirilməsi və təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən institusional islahatların qiymətləndirilməsində faydalı platformadır.
İqtisadiyyat naziri ölkələrimiz arasında səmərəli investisiya əməkdaşlığını, ikitərəfli əlaqələrin genişləndirilməsi üçün böyük potensialı vurğulayıb, Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyət istiqamətləri, qarşılıqlı investisiya qoyuluşlarının artmasında önəmi diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini və torpaqlarımızın işğaldan azad edildiyini vurğulayan Mikayıl Cabbarov xarici investorları işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib.
“AHK Azərbaycan”ın İdarə Heyətinin sədri Fərid İsayev Almaniya ilə tərəfdaşlığın inkişafı üçün “AHK Azərbaycan”nın fəaliyyətini genişləndirəcəyini diqqətə çatdırıb.
İclasda “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” hesabatının təqdimatı keçirilib, ekspertlərin rəyləri dinlənilib. Hesabata əsasən, xarici investorlar Azərbaycandakı siyasi və makroiqtisadi sabitliyi xüsusi vurğulayıb, respondentlərin 69 faizi ölkəmizdə aparılan vergi islahatlarını yüksək qiymətləndiriblər.
Qeyd edək ki, hesabat Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələri arasında keçirilən Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya