Azərbaycandan Avropaya qaz nəqli başlandı
08:06 31.12.2020
Arxiv
481
Şahdəniz konsorsiumu bu gün Xəzər dənizindəki Şahdəniz yatağından Avropaya yeni Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə kommersiya qaz nəqlinin başlandığını elan edir.
Bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb.
Dünya səviyyəli layihə təhlükəsiz şəkildə və qrafikə uyğun həyata keçirilib. Avropanın enerji bazarını şaxələndirəcək və onun enerji təhlükəsizliyini gücləndirəcək yeni enerji təchizatı mənbəyi olacaq.
CQD-nin son hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə qaz nəqlinin başlanması Azərbaycandan Avropaya uzanan 3500 km uzunluğunda CQD qaz dəyər zəncirinin tam inteqrasiya olunduğunu bildirir.
Bu dəhliz zəncirinin son bölümü vasitəsilə nəql başlamazdan əvvəl Şahdəniz yatağından qaz həcmləri 2018-ci ilin ortalarından başlayaraq CQD-nin ilk iki hissəsi – genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans Anadolu Boru Kəməri (TANAP) vasitəsilə təhlükəsiz və etibarlı şəkildə regional bazara ixrac olunurdu.
CQD Şahdəniz yatağından başlayır və ilk dəfə olaraq Xəzərin enerji ehtiyatlarını birbaşa Avropa bazarlarına çatdırmaq üçün inşa olunub. Bu yataqdan CQD vasitəsilə regional və Avropa bazarlarına ildə 16 milyard kubmetr qaz ixracı planlaşdırılır.
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin də dediyi kimi:
“Bu tarixi gündə TAP və “Şahdəniz-2” layihəsini, Cənub Qaz Dəhlizini ərsəyə gətirən, Azərbaycan qazının tarixdə ilk dəfə Avropa bazarına çatdırılmasına öz töhfəsini verən tərəfdaş ölkələrə və şirkətlərə, mütəxəssislərə, bütün həmkarlarımıza, bu layihəni dəstəkləyən maliyyə qurumlarına, boru xətlərimizin keçdiyi icmaların sakinlərinə dərin minnətdarlığımızı bildiririk. Cənub Qaz Dəhlizinin bütün seqmentlərində iştirak payına malik olmaqla, bu tarixi missiyanı uğurla başa çatdıran SOCAR və Azərbaycan neftçiləri adından Avropa Birliyi xalqlarına və əziz Azərbaycan xalqına gözaydınlığı verir, bu möhtəşəm layihənin müəllifi və aparıcı qüvvəsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin simasında bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!
7 il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə yekun investisiya qərarını verdik və Avropanın qazpaylayıcı şirkətləri ilə 25 illik qaz alqı-satqısı haqqında müqavilələri imzalamaqla yola çıxdıq. Bəzilərinin vaxtı ilə mümkünsüz hesab etdiyi 3500 kilometr uzunluğunda bir-birinə bağlanan üç qaz boru xəttinin inşası artıq başa çatıb. Azərbaycan qazı bu gün Avropadadır.
Avropa yeni mənbədən alternativ marşrut üzrə təbii qaz əldə etməklə öz enerji təhlükəsizliyini gücləndirəcək. Avropa daxilində hasilatın azalması bazarda əlavə qaz həcmlərinə ehtiyac yaradır və Azərbaycan qazı məhz bu ehtiyacın ödənilməsinə kömək edəcək. Beləliklə, köhnə qitə üçün Azərbaycanın əhəmiyyəti daha da artacaq.”
Şahdənizin operatoru olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz fikirlərinə görə:
“Azərbaycandan Avropaya qaz nəqlinin başlanması layihədə iştirak edən bütün ölkələrdən olan minlərlə insanın - işçi qüvvəsinin, icmaların, şirkətlərin, Azərbaycan hökumətinin və digər regional və beynəlxalq hökumətlərin, SOCAR və digər tərəfdaşların illərlə çəkdiyi zəhmətin kulminasiyasıdır. Bu hər cəhətdən həqiqətən də dünya səviyyəli bir layihədir.
Biz birlikdə əldə etdiklərimizlə fəxr edirik. Layihənin bütün aspektlərinin - mühəndis layihə, texniki, coğrafi və geosiyasi məsələlərin mürəkkəbliyinə baxmayaraq onu təhlükəsiz şəkildə, qrafikə uyğun və daha aşağı büdcə ilə gerçəkləşdirdik. Bu tarixi bir hadisədir – Azərbaycanla Avropa indi birbaşa, təhlükəsiz və etibarlı eneji xətti ilə birləşmişdir. Bu, bir daha sübut edir ki, biz birlikdə ən mürəkkəb meqa layihələri də uğurla həyata keçirə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bağlı böyük səhvə yol verdik - Stoltenberq
19:36 16.02.2026
Dünya
Rubio: İranla razılıq asan olmayacaq, amma ABŞ səylərini göstərəcək
19:27 16.02.2026
Dünya
İspaniyada buğa festivalində faciə: Bir tamaşaçı öldü
19:27 16.02.2026
Hadisə
Ərdoğan sabah Efiopiyaya gedəcək
19:18 16.02.2026
Dünya
X sosial şəbəkəsi çökdü
19:11 16.02.2026
Dünya
Rusiya nümayəndə heyəti Cenevrəyə bu axşam yola düşür
18:47 16.02.2026
Dünya
TƏBİB sədrliyinə namizəd şəxs infarkt keçirdi
18:40 16.02.2026
Dünya
Sabah Günəş tutulması baş verəcək
18:33 16.02.2026
Sosial
Rusiya kütləvi hücuma hazırlaşır - Zelenski
18:28 16.02.2026
Dünya
Bu məktəbin tikintisi niyə 4 ildir başa çatmır?
18:20 16.02.2026
Elm və Təhsil
KİV: Hindistan ay ərzində İranla əlaqəli üç tankeri saxlayıb
18:14 16.02.2026
Dünya
Rubio NATO mesajı verdi, Kaya Kallas “tezdir” dedi - POLİTOLOQ
18:03 16.02.2026
Gündəm
Aİ Sülh Şurasının iclasında müşahidəçi statusunda iştirak edəcək
17:55 16.02.2026
Dünya
TƏBİB-in yeni sədri kim olacaq? – Namizədlər…
17:25 16.02.2026
Aktual
Əli Kərimli və Məmməd İbrahimin şikayətləri təmin edilmədi
17:24 16.02.2026
Cəmiyyət