Azərbaycanın Böyük Britaniyadakı səfiri növbəti videobrifinq keçirib
06:09 24.10.2020
Arxiv
393
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Ermənistanın Azərbaycana qarşı davam edən növbəti təcavüz aktı və onun nəticələri ilə bağlı növbəti videobrifinq keçirib. Onlayn brifinqdə Britaniyanın aparıcı KİV-ləri ilə yanaşı, bu ölkədə yerləşən və münaqişələr üzrə ixtisaslaşan “RUSI”, “International Alert” və digər təşkilatların ekspertləri, eləcə də Britaniya Parlamentinin Lordlar və İcmalar Palatalarının üzvləri iştirak ediblər.
Brifinq zamanı səfir oktyabrın 18-də tərəflər arasında razılaşdırılan növbəti humanitar atəşkəsə baxmayaraq, Ermənistanın durmadan Azərbaycanın münaqişə zonasından kənarda yerləşən şəhərlərini, dinc əhali və infrastrukturu hədəfə alması, oktyabrın 17-də Gəncə şəhərinə “SCUD” raket zərbəsi endirməsi, eləcə də münaqişə ətrafında yaranmış ən son vəziyyət barədə ətraflı məlumat verib.
Daha sonra səfir Tahir Tağızadə brifinqdə iştirak edən jurnalist, ekspert və parlamentarilərin “Azərbaycan Ermənistanı Beynəlxalq Cinayət Məhkəməsinə verməyi nəzərdən keçirirmi”, “İranın son hadisələrlə bağlı mövqeyi nədən ibarətdir”, “Mülki tələfatın az olması üçün Azərbaycan hansı addımları atır”, “Azərbaycanda əhali arasında müharibənin uzanmasına münasibət necədir” və digər suallarını cavablandırıb.
Brifinqdə iştirak edən Lordlar Palatasının üzvü Lord Şeyx, eləcə də Britaniya Parlamentində Azərbaycan üzrə Qrupun sədri, İcmalar Palatasının deputatı Bob Bləkmən birmənalı olaraq bildiriblər ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon Azərbaycanın ərazisidir və münaqişənin həlli üzrə səylərin əsasında məhz bu dayanmalıdır. Hər iki deputat Britaniya parlamenti daxilində münaqişə ətrafında yaranmış vəziyyətlə əlaqədar apardıqları məlumatlandırma işləri ilə bağlı geniş məlumat verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil