Azərbaycanın Rusiyadakı səfirliyindən koronavirusla bağlı ÇAĞIRIŞ
15:56 17.04.2020
Arxiv
429
Azərbaycanın Rusiyadakı səfirliyi çağırış edib.
Səfirliyin mətbuat xidmətindən APA nın Moskva müxbirinə verilən məlumata görə, çağırışda deyilir: "Məlum olduğu kimi, yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə göstərilən səylər çərçivəsində Azərbaycan və Rusiya arasında dövlət sərhədi müvəqqəti olaraq bağlanmışdır. Azərbaycan Respublikasının bir sıra vətəndaşları müxtəlif səbəblərdən ölkəni tərk edə bilməmiş və məcburən Rusiya Federasiyası ərazisində qalmışlar.
Ölkə daxilində tətbiq edilən ciddi karantin tədbirləri səbəbindən onların bir çoxu çətin vəziyyətə düşmüş, praktiki olaraq hər hansı gəlirdən məhrum olmuş, sağlamlıqları ilə bağlı problemlərlə üzləşmiş, bəziləri isə xəstəxanaya yerləşdirilmiş və ya özünütəcrid rejimindədirlər. Çox təəssüf ki, onların sırasında yaşayış və gündəlik qida xərclərini ödəmək iqtidarında olmayan şəxslər də var.
Ölkəmizin məsul vəzifəli şəxsləri və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahla daimi əlaqə saxlayan Səfirlik Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi və digər rəsmi qurumları ilə koordinasiya edilmiş şəkildə öz diplomatik səlahiyyətləri və məhdud imkanları çərçivəsində vətəndaşlarımızın vəziyyətinin yüngülləşdirilməsi üçün mümkün olan köməkliyi göstərməyə və lazımi tədbirlər görməyə davam edir. Səfirlik yüksək hazırlıq rejiminə keçmişdir və 24 saat fəaliyyət göstərən qaynar xətt yaradılmışdır. Gərgin iş nəticəsində qısa zaman ərzində iki mindən artıq vətəndaşımızın vətənə qayıtması təmin edilmişdir.
Səfirliklə əlaqələndirilmiş şəkildə və ya fərdi qaydada ehtiyacı olan Azərbaycan vətəndaşlarına hər hansı bir köməklik göstərən bütün şəxslərə öz dərin minnətdarlığımızı bildirir və bu cür addımları yüksək qiymətləndiririk.
Səfirlik diaspor təşkilatlarına, iş adamlarına, imkanlı azərbaycanlılara müraciət edərək, Rusiyada yaşayan bütün soydaşlarımızı həmrəylik nümayiş etdirərək, keçmiş fikir ayrılıqlarını, anlaşılmazlıqları geridə qoyaraq və yersiz populizmə, gərəksiz söhbətlərə və təhqirlərə yol vermədən, bir-birlərinə yardım əli uzatmağa və öz həmyerlilərinə istənilən mümkün dəstəyi göstərməyə çağırır.
Səfirlik öz tərəfindən bu cür humanitar fəaliyyətin əlaqələndirilməsini davam etdirməyə hazır olduğunu bildirir və hər bir kəsə sağlamlıq və səbir arzulayır.
Bu gün yaranmış kəskin zərurət qarşısında Rusiyadakı bütün azərbaycanlıları Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” çağırışına qoşulmağa dəvət edirik.
İnanırıq ki, müdrik Azərbaycan xalqı bütün dünyanı cənginə almış bu çox ağır vəziyyətdən, bu böyük sınaqdan şərəflə çıxacaq!" - müraciətdə qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sirkədən zəhərlənən 2 nəfər öldü
13:47 11.08.2026
Hadisə
Putin: “Altay Avropadan daha yaxşıdır”
13:39 11.08.2026
Gündəm
Ermənistan üçün yeni qaz mənbəyi: TRIPP qaz kəməri
13:32 11.08.2026
Region
Latviya Belarusla sərhəddə gizli tunel aşkar etdi
13:15 11.08.2026
Dünya
Messi “İnter Mayami”də çıxışını dayandırdı
12:57 11.08.2026
Futbol
Asılılıqdan qurtulmaq mümkündür - Psixoloqdan vacib tövsiyələr
12:37 11.08.2026
Sağlamlıq
Voronejdəki anbardakı malların böyük hissəsi qorunub
12:15 11.08.2026
Dünya
Rusiyanın daha bir neft emalı zavodu vuruldu
11:04 11.08.2026
Dünya
Saatlıda yanğın törədən şəxs saxlanılıb
10:25 11.08.2026
Hadisə
İrəvanın KTMT-dəki səlahiyyətləri məhdudlaşdırılır
10:17 11.08.2026
Dünya
1630-cu gün: Rusiyanın itkiləri yeniləndi
09:57 11.08.2026
Dünya
Babək prospektində obyektdə yanğın oldu - VİDEO
09:49 11.08.2026
Hadisə
Rusiya XİN Ermənistanla bağlı açıqlama verdi
09:39 11.08.2026
Gündəm
Qızıl və gümüş bahalaşdı
09:16 11.08.2026
İqtisadiyyat
Çempionlar Liqası: “Sabah” bu gün “Orhus”u qəbul edir
09:11 11.08.2026
Futbol
BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
09:01 11.08.2026
Sosial