"Azərbaycanın Su-25 təyyarəsi vurulmayıb" - Rəsmi

“Ermənistanın Azərbaycan HHQ-nin Su-25 təyyarəsinin vurulması barədə yaydığı xəbər dezinformasiyadır”.
"Sherg.az" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb:
"Ermənistan KİV-nin Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulması barədə yaydığı məlumat yalandır və düşmən tərəfinin növbəti dezinformasiyasıdır. Rəsmi olaraq bildiririk ki, oktyabrın 15-də Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilməyib və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb".