Azərbaycanla Türkiyə arasında MÜHÜM SƏNƏD – Rüsumlar sıfıra endiriləcək
10:31 22.05.2020
Arxiv
631
2019-cu ilin məlumatlarına görə, Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur.
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirib.
Deputat qeyd edib ki, ötən il Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsi 33 faiz artaraq, 4,5 milyard dollara çatıb.
“Azərbaycanın ixracatında da Türkiyə çox mühüm yer tutur. 2019-cu ildə Azərbaycanın bu ölkəyə ixracı 36 faiz artaraq, 2,9 milyard dollar təşkil edib. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində müsbət saldoya malikdir. 2019-cu ildə bu saldo rekord səviyyədə artaraq 1,2 milyard dollara çatıb. Azərbaycan Türkiyə iqtisadiyyatına 8,5 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar investisiya yatırıb”, - deyə T.Mirkişili əlavə edib.
İclasda Azərbaycanla Türkiyə arasında bu ilin fevralın 25-də imzalanan preferensial ticarət sazişindən də söz açılıb. T.Mirkişili deyib ki, saziş Azərbaycanın qeyri-neft sektorunda ixracatının artmasında mühüm rol oynayacaq.
Bildirək ki, sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb.
İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Xəzər Bəşirov isə söyləyib ki, sazişin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunmasına hesablanıb.
Həmçinin, paratariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılması sazişdə əksini tapıb.
Sənədə əsasən, tərəflərin nümayəndələrindən ibarət Birgə Komitə təsis edilib. Bu komitə əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı bir dəfə görüş keçirəcək.
Saziş müddətsiz olaraq bağlanılıb və tərəflərdən birinin diplomatik kanallar vasitəsilə onu ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır.
Qeyd edək ki, saziş Milli Məclisin mayın 31-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya
Afrikanın altında 660 min kubkilometrlik nəhəng su ehtiyatı var
14:24 10.08.2026
Aktual
Paşinyandan separatçılara: Niyə ölmürsünüz?
14:21 10.08.2026
Gündəm
Azərbaycanın İsveçrə və Niderlanddakı səfirləri geri çağırılıb
14:11 10.08.2026
Gündəm
Meloninin kreslosu təhlükədə: Anketlərdə gerilədi, yeni gediş etdi
14:10 10.08.2026
Dünya
Prezident Polşaya yeni səfir təyin edib
14:05 10.08.2026
Gündəm
SON DƏQİQƏ: Baxçalı “Terrorsuz Türkiyə” qanunu üçün TBMM-də
14:01 10.08.2026
Gündəm