Azercell-dən BluTV ilə sevdiyiniz türk filmləri yüksək keyfiyyətdə bir arada!
12:20 23.04.2020
Arxiv
441
Azercell BluTV xidmətini təqdim edir!
Yerli bazarın lider mobil operatoru Azercell rəqəmsal məhsullar portfelini genişləndirməyə davam edir. Bu dəfə Azercell şirkəti BlutTV ilə eksklüziv tərəfdaşlığa imza ataraq, son illər ərzində dünyada sürətlə populyarlıq qazanan türk kino və seriallarını abunəçiləri üçün əlçatan edir.
Aprel ayının 21-dən başlayaraq Azercell, BluTV vasitəsilə izləmə rekordları ilə seçilən türk kinemotoqrafiyasını, xüsusi olaraq BluTV üçün lentə alınan türk film və seriallarını smartfonlara gətirir.
Xidməti aktiv etmək qaydası çox sadədir: IOS, Android, PC və Smart TV əməliyyat sistemlərini dəstəkləyən BluTV tətbiqini yüklədikdən sonra, gündə 0.25 AZN ödəməklə günlük paketi və ya ayda 3 AZN ödəməklə aylıq paketi aktiv etmək mümkündür. Odur ki, xidmətə günlük qoşulmaq üçün Start gun açar sözünü 5550 qısa nömrəsinə göndərmək və ya telefonun ekranında *551#YES yığmaq kifayətdir. Aylıq paketi aktiv etmək üçün isə Start ay açar sözünü 5550 qısa nömrəsinə göndərmək və ya ekranda *554#YES yığmaq lazımdır. Onu da qeyd edək ki, Azercell-in BluTV xidməti çərçivəsində aylıq abunəliyə ilk dəfə qoşulan müştərilərə xidmətdən 7 günlük pulsuz istifadə imkanı təqdim edilir.
Azercell-dən BluTV ilə sevdiyiniz seriallar məkandan və zamandan asılı olmayaraq indi smartfonunuzda!
Xidmət haqqında ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/services/partner_services/blutv/ səhifəsinə daxil olun.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi:
99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
16:07 09.07.2026
Siyasət
NATO Sammiti: Ankara Qərb, Rusiya və Asiya arasında balans qurur
15:54 09.07.2026
Gündəm
“Jiquli”nin baqajında daşınan ətlər: İqtisadçıdan XƏBƏRDARLIQ
15:50 09.07.2026
Sağlamlıq
İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir
15:50 09.07.2026
Dünya
AZAL sərnişin daşımalarını 5% artırıb
15:42 09.07.2026
Aktual
14 iyuldan MİQ üzrə test imtahanlarına start veriləcək
15:18 09.07.2026
Elm və Təhsil
Altı ayda 15 420 cinayət qeydə alınıb
14:45 09.07.2026
Gündəm
İranın Buşehr vilayətində partlayış səsləri eşidilib
14:19 09.07.2026
Dünya
Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi
14:06 09.07.2026
Gündəm
Peskov: Tramp hələ ki NATO sammitindən sonra Putinə zəng etməyib
13:57 09.07.2026
Dünya
Tramp: Putin və Zelenski sülh sazişi imzalamaq istəyir
12:51 09.07.2026
Gündəm
Sabunçuda 48 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO
12:44 09.07.2026
Hadisə
Limonadlı qəhvə yeni trendə çevrilir
12:33 09.07.2026
Sağlamlıq
Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
12:33 09.07.2026
Dünya