“Azəriqaz” “Yeni Bakı” sakinlərinə yol göstərdi
14:33 18.02.2017
Arxiv
1743
Plakatı asan vətəndaşlar MTK ilə əlaqə saxlayıb problemin nədən ibarət olduğunu araşdırsınlar
"Yeni Bakı” yaşayış kompleksi sakinlərinin sosial şəbəkələrdə yayımladığı məlumatlar müzakirələrə səbəb olub. Qazın verilməməsindən şikayətlənən vətəndaşlar uşaqların donduğunu, evdə palto, papaq, şərf və əlcəklə oturduqlarını bildiriblər.
Sakinlərdən biri isə mənzillərə qaz verilməməsinə etiraz əlaməti olaraq eyvanından "Biz donuruq, binaya qaz verin” yazılmış plakat asıb.
Vətəndaşlar həmçinin binanı inşa edən İDF MMC şirkətinin bütün sakinlərdən 700 manat sayğac pulu yığdığını da bildiriblər: "Qazımız yoxdur, işığın və suyun pulunu şirkət özü yığır. Cana yığılmışıq, bizə kömək edin”.
Qeyd edək ki, bu günlərdə "Yeni Bakı” sakinlərindən bir qrupu toplaşaraq şəhərcikdə etirazlarını bildirmişdilər. Onlar səslərinin dövlət qurumlarına çatdırılmasını istəyirdilər.
"Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kəlbiyev isə Birliyin təbii qazın satışı ilə məşğul olan bir qurum olaraq bütün texniki, normativ və təhlükəsizlik tələblərinə cavab verən, zəruri sənədləri təqdim edən istənilən çoxmərtəbəli binaya qazın verilməsinə hər zaman hazır olduğunu bildirib. Şöbə müdirinin sözlərinə görə, plakatı asan vətəndaşlar MTK ilə əlaqə saxlayıb problemin nədən ibarət olduğunu araşdırmalı, həmçinin
lazımlı sənədlərinin qaydasında olub-olmamasını dəqiqləşdirməlidirlər:
"Yaşayış binası tikilir və Dövlət Qəbul Komissiyası tərəfindən həmin binanın istismarı qəbul olunur. Bundan sonra qaz təsərrüfatı qurulur, binanın dayanıqlığı barədə zəruri sənədlər Komissiya tərəfindən yığılır və "Azəriqaz” İstehsalat Birliyinə təqdim olunur. "Azəriqaz” İB də mənzildə çəkilmiş qaz təsərrüfatına baxış keçirir və texniki təhlükəsizlik qaydalarına cavab verirsə, hər bir mənzildə qazın açılmasını təmin edir”.
"Azəriqaz” İB-nin çoxmərtəbəli binalarda təbii qazın verilməsi istiqamətində fəaliyyətinin bu gün də davam etdiyini deyən İ.Kəlbiyev bu ilin yanvar ayı ərzində çoxmərtəbəli binanın qazla təmin edildiyini deyib:
"Görülən işlərin nəticəsidir ki, birlik 2017-ci ilin yanvar ayında hüquqi və texniki şəxslərin müraciətini araşdıraraq müvafiq sənədləri təqdim edilmiş 31 çoxmərtəbəli binaya təbii qazın açılmasını təmin etmişdi. Həmin binalarda 1841 ailə yaşayır. Ümumilikdə götürəndə isə 2016-ci il ərzində 397 çoxmərtəbəli binaya təbii qazın verilməsi təmin edilib ki, bu da 15580 mənzili əhatə edib”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət
Nazirdən ŞOK AÇIQLAMA: 10 minə yaxın müəllim...
10:24 02.10.2026
Elm və Təhsil
Ermənistan Azərbaycanın ardınca getməyə çalışır?
10:22 02.10.2026
Region
Tramp İran rəhbərliyini hədələdi
10:20 02.10.2026
Dünya
Ukrayna ərazisində müstəqil dövlət yaranacaq - Putin
10:15 02.10.2026
Dünya
Hikmət Hacıyev Azərbaycanın İsrail ilə münasibətlərindən danışdı
10:09 02.10.2026
Siyasət