“Azəriqaz”dan vətəndaşlara ÇAĞIRIŞ: “Heç kimə pul verməyin”
12:27 24.12.2020
Arxiv
391
Bu gün sosial şəbəkələrdə sayğac əvəzlənməsi zamanı Xaçmaz rayonunda kimlərinsə vətəndaşlarla guya hansısa sövdələşmələrə getməsinə dair məlumat yayılıb.
“Azəriqaz” İB-dən verilən məlumata görə, ümumiyyətlə qaz sayğaclarının əvəzlənməsi zamanı kiminsə vətəndaşdan pul tələb etməsi qanunsuzdur:
“Abonentlərdən xahiş edirik ki, heç kimə bu əməliyyatın icrası zamanı pul verməyin. Çünki dövri yoxlama müddəti çatmış (əhali abonent qrupunda 5 ildən bir) qaz sayğacları əvəzlənərkən hər hansı vəsait tələb olunmur. Bu əməliyyat “Azəriqaz” İstehsalat Birliyi tərəfindən pulsuz icra olunur. Əgər hansısa dələduz əmələ qurşanan şəxslə belə bir sövdələşmə edirlərsə, bundan asılı olmayaraq, sayğacda laboratoriya yoxlaması zamanı qüsur aşkarlanarsa, itirilmiş qazın bərpasının dəyəri sizdən mütləq tələb olunacaq.
Yəni bu yolla sizi aldadan şəxs yoxlamadan sonra qüsur aşkarlanan sayğaca görə heç vaxt kimisə sığortalaya bilməz. O ki qaldı belə yanaşmanın Xaçmaz Regional qaz istismarı İdarəsinin xidmət sahəsinə aid edilməsinə, nəzərinizə çatdırırıq ki, bu sahədə çalışan əməkdaşlarımızın fəaliyyətinə ciddi nəzarət olunur. Bu il ərzində həmin region üzrə iki işçimiz nöqsanlara yol verdiyinə görə (vətəndaşla qanunsuz sövdələşmə aparılması faktı) işdən azad olunub. Belə hallarla ciddi mübarizə aparılır və fakt qeydə alınan kimi cəza tədbirləri görülür.
Abonentlərimizdən xahiş edirik ki, bu kimi hallarla rastlaşarlarsa, Birliyin 104/185 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar. Ünvanlarında qaz ölçü qurğusuna və ya digər qaz avadanlığına baxış keçirən əməkdaşımızdan xidməti vəsiqəsini tələb etsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm
Ermənistanın Aİ-yə üzvlüyü avtomatik baş verməyəcək - ŞƏRH
17:56 24.09.2026
Gündəm
Tramp sülh prosesinin miqyasını dəyişdi - ŞƏRH
17:33 24.09.2026
Gündəm
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu
16:35 24.09.2026
Gündəm