Bakı əhalisinə XƏBƏRDARLIQ : Sabah küçəyə çıxmayın !

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə 18.04.2020-ci il tarixdə, hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bakının kommunal strukturlarından Lent.az -a verilən məlumata görə,
bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.