- Koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasından ötrü bütün pillələr üzrə auditoriya, məşq və akt zalları, inzibati heyətin kabinetləri və digər ərazilər dezinfeksiya olunub. Beləliklə, akademiyanın bütün tədris korpusları şagirdlərin təmiz və sağlam mühitdə təhsilə yiyələnmələrindən ötrü tam hazırlıq vəziyyətinə gətirilib.
Bakı Xoreoqrafiya Akademiyasında da ənənəvi tədris bərpa olunur
11:40 14.02.2021
Arxiv
713
Artıq cari ilin fevral ayının 1-dən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin məlum bəyanatına əsasən respublikada fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərində tədris, təlim və tərbiyə prosesləri mərhələli şəkildə təmin edilir. Belə ki, bütün ölkə ərazisində ibtidai siniflərin və məktəbəqədər təhsilin fəaliyyəti qismən bərpa edilməklə; böyük şəhərlərdə l-lV (ibtidai) siniflər həftədə 3 dəfə, kiçik şəhər və kəndlərdə isə 4 və 5 dəfə olmaqla, dərslərin klassik formada keçirilməsinə start verilib.
Digər V-lX yuxarı sinif şagirdləri isə bu gündən, yəni fevral ayının 15-dən etibarən siniflər 2 qrupa bölünmüş şəkildə həftədə iki dəfə olmaqla, məktəbə yollanaraq ənənəvi formada dərslərinə davam edəcəklər.
Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ənənəvi tədris prosesinin bərpası öncəsi karantin rejimi qaydalarına uyğun formada təmizlik və dezinfeksiya işləri lazımi qaydada təşkil edilib. Bu haqda sherg.az-a Bakı Xoreoqrafiya Akademiyasının mətbuat katibi Vəfa Gövhər deyib:
- Koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasından ötrü bütün pillələr üzrə auditoriya, məşq və akt zalları, inzibati heyətin kabinetləri və digər ərazilər dezinfeksiya olunub. Beləliklə, akademiyanın bütün tədris korpusları şagirdlərin təmiz və sağlam mühitdə təhsilə yiyələnmələrindən ötrü tam hazırlıq vəziyyətinə gətirilib.
Bu baxımdan BXA-nın ümumi təhsil pilləsində böyük canlanma var. İbtidai sinif şagirdləri böyük coşqu və fərəh hissi ilə əvvəlki illərdə olduğu kimi dərsə gəlirlər.
Hazırda Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsil pilləsində və ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələri üzrə dərslər onlayn şəklində davam etdirilir.
Orta ixtisas təhsil və ali təhsil pillə və səviyyələri üzrə aparılan tədrisin ənənəvi əyani formasının bərpası ilə bağlı Təhsil Nazirliyinin verəcəyi növbəti müvafiq qərar isə üzümüzə gələn həftələr ərzində ölkədə yoluxma sayının sabit qalmasından asılıdır.
Bakı Xoreoqrafiya Akademiyasının qarşısına qoyduğu əsas məqsəd və vəzifələrdən biri bu gün virtual formada keçirilən dərslərin pandemiya dönəmindən əvvəlki qaydada tədris olunan dərslərin səviyyəsində olduğu kimi məzmunlu və keyfiyyətli aparılmasıdır. Bütün şagird və tələbələrə dərslərində uğur və nailiyyiətlər arzulayırıq!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı