Bakı Xoreoqrafiya Akademiyasında TƏYİNAT
12:22 09.02.2021
Arxiv
532
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Azərbaycan Respublikasının Əməkdar artisti Əziz Yaşar oğlu Qarayusifli Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
Əziz Qarayusifli 1968-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini klarnet sinfi üzrə, 1994-cü ildə isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) Orkestr və kamera ansamblının artisti ixtisası üzrə bitirib.
BMA-nın opera studiyası orkestrinin rəhbəri (1994-1996, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində orkestr artisti (1996-2016)) vəzifələrində çalışıb.
Ə.Qarayusifli son təyinatadək Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru vəzifəsində işləyib. Mərkəzi İncəsənət Məktəbinə rəhbərlik etdiyi müddətdə məktəbdə xoreoqrafiya sənətinə diqqət artırılıb, onun təşəbbüsü ilə məktəbdə “Alov” rəqs qrupu yaradılıb.
Ə.Qarayusifli 2018 və 2019-cu illərdə VII və VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumlarının iştirakçısı və məruzəçisi olub. MDB-nin iştirakçı dövlətlərinin musiqi, mədəniyyət və incəsənət təhsili sahəsində əməkdaşlıq üzrə Baza Təşkilatı statusu verilmiş Qnesinlər adına Rusiya Musiqi Akademiyasının İctimai Şurasının üzvüdür. Bir sıra beynəlxalq müsabiqələrin münsiflər heyətində ölkəmizi təmsil edib.
2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “Əməkdar artist” fəxri adına layiq görülmüşdür.
1990-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı orkestrin solisti, 2018-ci ildən isə Bakı Musiqi Akademiyasının dosentidir.
Məlumat üçün qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan Respublikasında xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında yaradılan və ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən ixtisaslaşmış təhsil müəssisəsidir. Akademiyanın yaradılması ilə regionda, xoreoqrafiya sənəti sahəsində ilk unikal çoxpilləli və fasiləsiz təhsil sisteminin əsası qoyulub.
Eyni zamanda, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan dövlət təhsil kompleksi olan BXA yaradılarkən, klassik balet, dünya xalq və Azərbaycan rəqsləri üzrə ali təhsilli kadrların hazırlanması, Azərbaycanda xoreoqrafiya təhsili sənətinin inkişaf etdirilməsi məsələlərini strateji məqsəd kimi akademiyanın qarşısında qoyulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial