Bakıda altı nəfər köməksiz qaldı

Bakı şəhərinin Binəqədi, Nizami, Nərimanov və Xətai rayonları üzrə altı nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə dörd müraciət daxil olub.

Bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən onların nəfərin liftdən çıxarılması təmin edilib.