Bakıda iki şirkətdə 112 nəfər koronavirusa yoluxdu - RƏSMİ


“Koronavirusa yoluxma hallarının bir çoxu bir müəssisədə aşkar olunmuş hallardır”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, həmin şirkətlərin rəhbərləri və çalışanlar bütün çağırışlara məhəl qoymayıblar:

“Bakı Tikiş Evi”ndə 64 nəfər qısa müddətdə koronavirusa yoluxub”. 

“Baku Steel Company”də 48 yeni yoluxma faktı aşkarlanıb”.