Bakıda karantin rejimini pozan bir neçə obyekt söküldü - FOTO
05:59 10.04.2020
Arxiv
700
Koronovirus (COVID-19) pandemiyasınin Azərbaycanda yayılmasının qarşısının alınması məqsədi ilə Bakı şəhərində həyata keçirilən genişmiqyaslı tibbi-profilaktiki, dezinfeksiyaedici və digər qabaqlayıcı kompleks tədbirlər davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Lent.az -a verilən məlumata görə, bu istiqamətdə görülən işlər çərçivəsində əhalinin qida təhlükəsizliyi məsələlərinə də xüsusi diqqət yetirilir.
Lakin görülən işlərə, keçirilən tədbirlərə və geniş maarifləndirmə işlərinə baxmayaraq öz şəxsi mənafe və qazanclarını minlərlə insanın sağlamlığından üstün tutan bəzi işbazlar bu gün də antisanitar, insanların sağlamlığı üçün təhlükəli şəraitdə qida məhsullarının hazırlanması, o cümlədən ət kəsimi və satışı ilə məşğul olurlar. Sağlamlığımız üçün təhlükəli olan belə halların qarşısının alınması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərərəfindən qəti və təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən verilən məlumata əsasən, məsələnin ciddiliyi nəzərə alınaraq Bakı Şəhər Ticarət və Xidmət Departamenti, paytaxtın Rayon İcra Hakimiyyətləri, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarınin və hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə paytaxtın müxtəlif rayonlarında antisanitar vəziyyətdə olan ət kəsimi və digər qida satışı məntəqələrinin yerlərin müəyyən edilməsi məqsədi ilə reydlər keçirilib. Reydlər nəticəsində bir sıra nöqsanlar aşkarlanıb və müvafiq qaydada tədbirlər görülür.
Belə ki, Bakının müxtəlif rayonlarında keçirilən reydlər zamanı Ceyhun Hacıbəyli, Mirmahmud Kazımovski, Yusif Vəzirov, Qədir Məmmədov və digər ünvanlarda sanitar qaydaları pozan, karantin tələblərinə əməl etməyən ət kəsimi yerləri müəyyənləşdirildi. Həmin obyektlərin fəaliyyəti dayandırıldı, bəzi məntəqələrin yerləşdiyi tikililər söküldü, istifadə edilən dəmir asqı vasitələri kəsildi, ətraf ərazi dezinfeksiya edildi.
Bu reydlər mütamadı olaraq paytaxtın bütün rayonlarında keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media