Bakıdan İzmirə xüsusi aviareyslər olacaq
11:40 13.11.2020
Arxiv
469
"Buta Airways" aşağıbüdcəli aviaşirkəti 6 dekabr tarixindən Bakı-İzmir-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirəcək.
"Buta Airways"dan “APA-Economics”ə verilən məlumata görə, bu istiqamət üzrə uçuşlar həftədə bir dəfə - bazar günləri həyata keçiriləcək.
Məlumata görə, ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super".
Belə ki, "Standart" tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir. "Super" tarifinə (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir.
Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir. Təyyarəyə özünüzlə əl yükü qismində yalnız qadın əl çantası, kişi portfeli, portativ kompüter çantası (yalnız təyinatı üzrə istifadə edilməlidir) və uşaq qidası götürə bilərsiniz. "Duty Free" mağazalarından alınan əşyalar daxil olmaqla digər əl yükü növləri qadağandır.
Bakı-İzmir-Bakı marşrutu üzrə biletlər artıq "Buta Airways" aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və rəsmi agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur.
Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.
Uçuşa yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirusa (COVID-19-a) dair test verən və nəticəsi neqativ olan sərnişinlər buraxılacaqdır. Testin nəticələri tibbi arayış alındıqdan sonra 48 saat ərzində etibarlıdır.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar aerovağzal binasına buraxılmayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya
Naxçıvanda kişi arvadını və baldızını bıçaqladı
22:53 26.09.2026
Hadisə