Balakəndə 5 nəfər tutuldu, 33 kilo narkotik götürüldü
07:32 19.05.2020
Arxiv
692
Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat tədbirləri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Sherg.az"a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayonun Qazma kənd sakini, 52 yaşlı Elman Məmliyev saxlanılıb. Onun kənd ərazisində yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədə yerləşən istixanada aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi, ümumi çəkisi 25 kq 440 qr olan 90 ədəd narkotik tərkibli çətənə bitkiləri və həmin bitki kollarının ətrafına qurutmaq üçün sərdiyi 7 kq 185 qr qurudulmamış marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində narkotik vasitə saxlamaqda şübhəli bilinən Balakən şəhər sakinləri, Qəhraman Bayramov və onun idarə etdiyi “Xəzər” markalı avtomobildə sərnişin qismində əyləşən Mətin Məmmədov, Elvin Borayev və Elxan Əsədov saxlanılıb.
Şəxsi axtarış zamanı əvvəlki məhkumlar - Q.Bayramov və E.Borayevdən narkotik vasitə heroin, M.Məmmədovdan isə 340 qr qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə