Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır
09:36 20.10.2020
Arxiv
440
“Biz hərbi əməliyyatlar başlayandan bəri hadisələrin inkişafını diqqətlə izləyirik”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu bu gün Gəncədə səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, türkdilli dövlətlər, türk dünyası və Türk Şurası Azərbaycanın işğal altındakı torpaqlarını azad etməklə bağlı qanuni haqqını qeyd-şərtsiz dəstəkləyir.
“Bu, bütün beynəlxalq sənədlərdə öz əksini tapıb”, - deyə Baş katib vurğulayıb.
BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsini xatırladan B. Amreyev ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, xüsusən də Türk Şurasının Ermənistanın işğalı altında olan ərazilərini azad etmək üçün mübarizə aparan Azərbaycana dəstək ifadə edən qərarlar qəbul etdiyini qeyd edib: “Müharibə davam edir. Bu müharibə Azərbaycan və qardaş Azərbaycan xalqı üçün ədalətli müharibədir, vətən müharibəsidir. Biz bu müharibədə Azərbaycanın yanındayıq. Dost Azərbaycana sülh və qələbə arzulayırıq”.
O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə tərəfdar olduğunu da vurğulayıb.
Baş katib Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulmasını pisləyib: “Gəncə şəhəri hərbi əməliyyatların aparıldığı münaqişə zonasından uzaqda yerləşir. Mülki əhali atəşə tutulmamalıdır. Buna heç nə ilə haqq qazandırmaq olmaz. Biz bunu qətiyyətlə pisləyirik və beynəlxalq ictimaiyyəti də Gəncədə baş verənləri pisləməyə çağırırıq. Raket zərbələri nəticəsində yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verirəm, yaralılara isə şəfa diləyirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
18:00 02.07.2026
Siyasət
Azərbaycan HHQ komandanı Türkiyədə səfərdədir
17:52 02.07.2026
Hərbi
Dəməşqdə kafedə partlayış baş verib - Ölən və yaralananlar var
17:40 02.07.2026
Gündəm
Ukrayna ilk dəfə öz ballistik raketindən istifadə etdi
17:33 02.07.2026
Dünya
İnternet sürətində sıçrayış gözlənilir
17:33 02.07.2026
Texnologiya