Baş Prokurorluq: Semyon Peqovun cinayətləri ilə bağlı Rusiyaya müraciət edilib
13:13 20.11.2020
Arxiv
392
Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində “WarGonzo” layihəsinin müəllifi Rusiya Federasiyasının vətəndaşı Semyon Vladimiroviç Peqovun “SolovyovLive” verilişində Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru Rusiya Federasiyasının vətəndaşı Semyon Arkadeviç Baqdasarovla “Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi” mövzusunda birgə apardıqları videoformatlı müzakirə zamanı ermənilərin məğlubiyyətlə barışmayaraq Qarabağdakı Azərbaycan əsgərlərinə hücumlar edilməsi, müxtəlif döyüş əməliyyatlarının hazırlanması, partizan müharibəsinin başlayacağı barədə proqnozlar vermələri, bununla bağlı müəyyən məlumatlarının olması və müxtəlif üsullarla təxribat xarakterli ifadələrə yol vermələri müəyyən edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Semyon Peqov və Semyon Baqdasarovun əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar), 283.2.1-ci (zor tətbiq etmə hədəsi ilə mill düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar kütləvi informasiya vasitələrindən istifadə edilməklə törədildikdə) maddələrinin əlamətləri mövcud olduğundan, toplanmış materiallar Baş Prokurorluğunun İstintaq İdarəsində Semyon Peqovun Azərbaycan Respublikasının dövlət sərhədini sənədlər olmadan qanunsuz keçməsi, ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməsi faktına dair Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaqı aparılan cinayət işinə əlavə edilməklə istintaq yolu ilə araşdırılması davam etdirilir.
Göstərilən xüsusatlarla əlaqədar cinayət işinin istintaqı çərçivəsində Rusiya Federasiyasının Baş Prokurorluğuna və digər ölkələrin hüquq-mühafizə orqanlarına hüquqi yardımın göstərilməsi haqqında rəsmi vəsatətlər göndərilməklə, Semyon Peqov və digərləri ilə bağlı zəruri istintaq hərəkətlərinin keçirilməsi xahiş edilib.
Vəsatətlərin icra edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən həmkarlarla daimi əlaqə saxlanılmaqla, istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron Ermənistana gəlir - Təcili
22:09 19.02.2026
Dünya
ABŞ “Sülh Şurası”na 10 milyard dollar ayıracaq
21:30 19.02.2026
Dünya
Stiv Uitkoff Türkiyəyə belə təşəkkür etdi
21:18 19.02.2026
Dünya
Kənan MM Orxan Saffarinin valideynlərindən üzr istədi
21:07 19.02.2026
Cəmiyyət
Tramp: Bizə bəzi ölkələr lazım deyil, çünki onlar baş ağrısıdırlar
20:54 19.02.2026
Dünya
Çətin mərhələ başladı:Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR
20:36 19.02.2026
Maraqlı
“Cənubi Qafqaz Rusiyanın əlindən çıxır” - ANALİTİK
20:30 19.02.2026
Gündəm
“8 müharibəni bitirdik, 9-cusu yoldadır” - Tramp
20:25 19.02.2026
Gündəm
Tramp: İranla mənalı bir razılaşma əldə etməliyik, əks halda...
19:50 19.02.2026
Dünya
Ramazanın ikinci günü: Dua, imsak və iftar vaxtı
19:31 19.02.2026
Cəmiyyət
Üzərlik xəbərdarlığı Rusiyayla bağlı məsələdir - EKSPERT
19:28 19.02.2026
Gündəm
İlham Əliyev Vaşinqtonda Nikol Paşinyanla ayaqüstü söhbət edib
18:59 19.02.2026
Siyasət