BBC-nin yazarı heyran qaldı - Fotolar

Bura Türkiyənin ən xoşbəxt şəhəridir

Türkiyənin füsunkar təbiətində yerləşən  və  ölkənin ən müstəsna bölgələrindən biri olan Sinop limanı xarici jurnalistlər, turistlər və səyyahların diqqətini çəkməkdədir.

Araşdırmalara görə, bura Türkiyənin ən xoşbəxt əyaləti hesab olunur. BBC-nin səyahət yazıçısı Joshua Allen bu liman barədə geniş materiallar hazırlayıb. Məşhur müəllif qədim dövrün vacib filosoflarından biri olan Diogenesin doğulduğu Sinopu gəzib. Məşhur Sinop keçmişdə də əhəmiyyətli bir liman və qala olub. Bura indi də Türkiyənin ən xüsusi şəhərlərindən biridir. Xüsusilə tıxacın, hətta işıqforun olmadığı bu şəhər təbiəti ilə qonaqlarını valeh edir.
Sinopun şöhrətini eşidib şəhəri görməyə gələn Joshua Allen  deyib ki, bura Türkiyənin ən xoşbəxt şəhəridir. O, şəhərdəki insanların biri-birlərinə hörmətlə yanaşdıqlarına və nəqliyyat və səs-küy probleminin olmadığına diqqət çəkib. Allen oxucuların Sinopu mütləq görməli olduqlarını da qeyd edib.