Bəhram Bağırzadənin anası koronavirusdan vəfat etdi


Əməkdar artist Bəhram Bağırzadəyə ağır itki üz verib.

Axşam.az xəbər verir ki, sənətçinin anası Tahirə Bağırzadə bu gün koronavirusdan vəfat edib.

Qeyd edək ki, aktyor bir neçə gün əvvəl öz instaqram hesabında anasının komada olduğunu bildirərək valideyninə təcili qan lazım olduğunu deyib və kömək üçün yaxınlarına çağırış etmişdi.