Beş ilə proses yekunlaşmalıdır
Turan
00:39 30.01.2021
Arxiv
740
Qazaxıstan 31 hərfdən ibarət yeni əlifbaya keçir
"Qazaxıstan bu işi nə qədər tez həyata keçirərsə, türk dünyasına inteqrasiya prosesinə böyük töhfə vermiş olar"
Qazaxıstanın Baş naziri Askar Maminin sədrliyi ilə yeni əlifbayla əlaqədar Milli Komissiyanın iclası keçirilib. İclasda Qazaxıstan mütəxəssisləri tərəfindən hazırlanan yeni Latın əlifbası təqdim edilib. Bununla da 42 hərfdən ibarət olan və 80 ildir istifadə olunan kiril əlifbasından imtina edilərək, 31 hərfdən ibarət Latın əlifbasına keçilib.
Qazaxıstanda ölkə emblemindən tutmuş dərsliklərə qədər hər sahədə yeni əlifbanın tətbiqi ilə bağlı bütün rəsmi prosesin 2025-ci ilə qədər tamamlanması planlaşdırılır. Xatırladaq ki, Qazaxıstanda 1929-1940-cı illər arasında Latın əlifbası istifadə edilib və daha sonra kiril əlifbasına keçilib. 2017-ci ildə Qazaxıstanın qurucu prezidenti Nursultan Nazarbayev ölkə daxilində istifadə olunan kiril əlifbasından Latın əlifbasına keçmək üçün Milli Komissiyanın yaradılmasına göstəriş verib.
Mühüm dəyişikliklə bağlı “Şərq”ə danışan siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət bunun çox sevindirici addım olduğunu deyib. Ekspertin sözlərinə görə, Qazaxıstan hökuməti uzun illərdir latın əlifbasına keçidi müzakirə edirdi:
“Müxtəlif qrafikalı layihələr hazırlanır, bəzi hallarda uzaq perspektiv üçün qəbul olunurdu. Biz də məsələ ilə bağlı Qazaxıstana təkliflərimizi göndərmişdik. Əlimiz çatan, sözümüz keçən alimlər, media nümayəndələri vasitəsi ilə ideyalarımızı vermişdik. Təklifimiz ondan ibarət idi ki, əgər Qazaxıstan latın qrafikalı əlifbaya keçirsə, bu, birdəfəlik ortaq türk əlifbası variantında olsun.
Bütün türk ölkələri Qazaxıstanın qəbul edəcəyi vahid əlifbadan istifadə etsin. Ortaq türk əlifbası ilə bağlı şəxsən mənim uzun illərə dayanan çalışmalarım var. Əslində proses hörmətli alimimiz Firudin Cəlilovun başçılığı ilə 1990-cı illərin əvvəllərindən başlayıb. O, bu işə dəyərli töhfələr verib. 2017-ci ildə Qazaxıstandakı Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlinin rəhbərliyi altında ortaq türk əlifbası qəbul edilib”.
A.Həsrət vurğulayıb ki, bu proseslər Qazaxıstanın 31 hərfdən ibarət yeni əlifbaya keçməsinə gətirib çıxardı:
“Növbəti 4-5 il ərzində proses yekunlaşmalıdır. Qəbul olunan latın qrafikalı əlifba təklif etdiyimiz ortaq türk əlifbasının demək olar ki, 95 faizini təşkil edir. Yüngülvari, diqqət çəkməyən bir dəyişiklik var. Yeni əlifbaya qazax dilində istifadə olunmayan hərflər də əlavə olunub. 31 hərfli rəsmi əlifbaya əlavə olaraq 3 hərf daxil edilib ki, lazım olan anlarda istifadə olunsun. 3 hərfin əlavəsi o deməkdir ki, biz Qazaxıstanın simasında ortaq türk əlifbasını əldə etmiş sayılırıq. Qazaxıstan bu işi nə qədər tez həyata keçirərsə, türk dünyasına inteqrasiya prosesinə böyük töhfə vermiş olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya