Beynəlxalq Bank Cəbrayılda filial açmaq qərarını elan etdi
08:24 05.10.2020
Arxiv
625
Azərbaycan ordusu dünən Cəbrayıl şəhərini işğaldan azad etdikdən sonra Azərbaycan Beynəlxalq Bankı Cəbrayıl filialını açma qərarını elan edib. Bununla bağlı Bankın İdarə Heyətinin bu gün keçirilən toplantısında qərar verilib və qərar korporativ idarəetmə prosedurlarına uyğun şəkildə təsdiq üçün Müşahidə Şurasına təqdim edilib.
Ərazinin düşməndən təmizlənməsi üçün Ordumuzun davam etdirdiyi əməliyyatlara paralel olaraq Bank yeni filialların formalaşdırılması prosesini həyata keçirəcək. Rayonda normal həyat bərpa olunandan sonra doğma yurdlarına dönən Cəbrayıl sakinləri ilk günlərdən Azərbaycan Beynəlxalq Bankının yerli filiallarının məhsul və xidmətlərindən istifadə edə biləcəklər.
Dağlıq Qarabağ və ətrafdakı digər rayonlarımız Ermənistan silahlı birləşmələrindən təmizləndikcə Bank bu ərazilərdə də yeni filiallarını açmaqda qərarlıdır.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “İdarə Heyətimizdə bu qərarı qəbul edərkən keçirdiyimiz hissləri izah etmək mümkün deyil. Belə bir günü uzun illər idi ki, gözləyirdik.
Şanlı Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu arzumuzu reallığa çevirdi. Azərbaycan Beynəlxalq Bankının indiyə qədər 37 filialı, 39 şöbəsi mövcud idi. 38-ci filialımızın məhz Cəbrayıl filialı olması Bankımızın tarixində də möhtəşəm bir hadisədir. Arzu edirik ki, yaxın günlərdə Ordumuzun işğaldan azad etdiyi digər rayonlarımızda da yeni filiallar aça bilək.
Qəhrəman hərbçilərimizin düşməndən təmizlədikləri ərazilərimizin inkişaf mərkəzinə çevrilməsində Azərbaycan Beynəlxalq Bankı olaraq biz də yaxından iştirak edəcəyik”.
İşğaldan azad edilmiş rayonlarda açılan bank filialları əhalinin qayıdışı proqramının reallaşdırılmasında, regionda quruculuq işlərinin, sosial-iqtisadi inkişaf tədbirlərinin həyata keçirilməsində, o cümlədən kiçik və orta sahibkarlıq müəssisələrinin yaradılmasında çox mühüm funksiya yerinə yetirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu seçkilərin “oğurlanmağa çalışıldığını” iddia etdi
19:47 27.10.2026
Dünya
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm