Beynəlxalq Qızıl Xaç Komitəsindən CİDDİ QINAQ
06:31 05.10.2020
Arxiv
537
"Dağlıq Qarabağ münaqişəsi gərginləşdikcə, əhalinin yaşadığı ərazilərə ağır partlayıcı silahlardan istifadə ilə edilən hücumların artması mülki əhalinin ölümünə səbəb olu".
Bu barədə Lent.az -a Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) bildirilib.
BQXK-nın Avrasiya üzrə Regional Direktoru Martin Şüepp bildirib ki, BQXK mülki şəxslərin həyatlarını itirdikləri və dəhşətli yaralanmalara məruz qaldıqları böyük şəhərlərdə, qəsəbələrdə və digər yaşayış yerlərində fərq qoymayan mərmi və digər partlayıcı silahdan istifadə edərək həyata keçirilən və qanunsuz olduğu iddia edilən hücumları qətiyyətlə pisləyir: "Mülki şəxslər və xəstəxanalar, məktəblər və bazarlar kimi mülki infrastrukturu qorumaq və fərqləndirmək üçün bütün mümkün tədbirlər görülməlidir. Mülki şəxslərin su təchizatı da müdafiə olunmalıdır. Bu, beynəlxalq humanitar hüquqa görə götürülmüş öhdəlikdir”.
Məlumatda qeyd edilib ki, bölgədəki sentyabrın 27-dən bəri davam edən döyüşlərin nəticəsində təmas xəttinin hər iki tərəfində çoxlu sayda mülki şəxsin öldüyü və yaralandığı bildirilir. Son günlərdə əhalinin məskunlaşdığı ərazilərdə ağır və partlayıcı silahların istifadəsi artıb: "Yüzlərlə ev və xəstəxanalar, məktəblər kimi əsas infrastruktur ağır artilleriya atəşləri və raketlər daxil olmaqla hava hücumları nəticəsində dağılıb və ya zədələnib. Yol, elektrik və qaz təchizatı, kommunikasiya şəbəkələri də zədələnib. Təhlükəsiz sığınacaq axtaran ailələr yaşayış yerlərini tərk edir, digərləri isə qızdırılmayan zirzəmilərdə gecə və gündüz sığınıb.
Yaşayış məntəqələrində yerləşən hərbi obyeklərə qarşı geniş təsir sahəsi olan partlayıcı silahların istifadəsi, fərq qoymayan və qeyri-mütənasib hücümları qadağan edən beynəlxalq humanitar hüquqa zidd sayıla bilər. BQXK hesab edir ki, təsirin və mülki şəxslərə dəyə biləcək ziyanın nəticələrinin məhdudlaşdırması yönündə lazımı tədbirlər görülmədiyi halda geniş təsir sahəsi olan partlayıcı silahların istifadəsindən qaçılmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual