Bir tondan çox narkotik bitki yandırıldı

Tərtərdə külli miqdarda narkotik bitki məhv edilib.
DİN mətbuat xidmətindən verilən xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşları Xoruzlu kəndi ərazisində 1,4 hektar sahədə yabanı halda bitmiş çəkisi 1 ton 237 kiloqram olan 3504 ədəd çətənə kolu aşkar edərək yandırıblar.