Bitkoindən növbəti rekord

Dünyanın ən populyar kriptovalyutası bitkoinin yüksəlişi davam edir.
“CoinDesk” resursunun məlumatına əsasən, fevralın 19-da 3.22% artım nümayiş etdirən rəqəmsal valyutanın dəyəri 53.262 dollaradək yüksələrək öz qiymət rekordunu təzələyib. Tarixi nəticə Bakı vaxtilə 18.54-də qeydə alınıb. Ekspertlər kriptovalyutanın yüksəliş trendinin davam edəcəyini bildirirlər.