BMT Baş katibindən çağırış: münaqişələri dayandırın!
15:00 22.09.2020
Arxiv
606
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş qlobal atəşkəslə bağlı çağırış edib.
APA-nın xəbərinə görə, bu barədə Baş katib A. Quterreş BMT Baş Assambleyasının 75-ci sessiyasının ikinci günündə çıxışı zamanı bildirib.
“Mən pandemiya başlayan kimi bütün ölkələrə qlobal atəşkəslə bağlı çağırış etdim. Bu çağırışın beynəlxalq ictimaiyyət tərəfindən ilin sonunadək reallaşdırılmasına yeni bir təkan vermək üçün bu gün mən yenə də müraciət edirəm. Bizim düz 100 günümüz var. Pandemiya dövründə münaqişələrin yeganə bir qalibi var: o da virus özüdür”, - deyə Baş katib deyib.
O vurğulayıb ki, onun martda qlobal sülhlə bağlı çağırışına 180 ölkə, həmçinin dini liderlər, regional tərəfdaşlar, vətəndaş cəmiyyətinin nümayəndələri dəstək verib: “Kamerun, Kolumbiya, Filippin və digər ölkələrdə hərbi qruplaşmalar belə bu çağırışa cavab verdi. Bu ümid üçün bir səbəbdir. Sülh və barışığa nail olmaq üçün yeni kollektiv səylərin vaxtı çatıb. Təhlükəsizlik Şurasının liderliyi ilə bu ilin sonuna qədər qlobal atəşkəsə nail olmaq üçün intensiv beynəlxalq səylər göstərməyə çağırıram. Bizim 100 günümüz var. Vaxt dayanmır. Bütün “qaynar münaqişə”ləri dayandırmaq üçün dünyanın qlobal bir atəşkəsə ehtiyacı var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya