BMT gələcək pandemiyalara daha yaxşı hazırlaşmağa çağırır
06:57 09.10.2020
Arxiv
473
Pandemiya həm ölkələr daxilində, həm də onların arasında tibbi xidmətə çıxış sahəsində qeyri-bərabərliyi, sosial müdafiə sistemində boşluqları, ən əsası isə beynəlxalq birliyin səhiyyə sahəsində qlobal böhrana hazır olmadığını üzə çıxarıb.
"Sherg.az"AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş tibbi xidmətlərlə ümumi əhatə dairəsinin təmin edilməsi üzrə tövsiyələrini təqdim edərək bildirib.
BMT-də ümumi əhatə dairəsini belə başa düşürlər: planetin bütün sakinləri ağır maliyyə yükünün altında qalmadan zəruri hallarda keyfiyyətli tibbi yardım almaq imkanına malik olmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas sənədlərində bu hüquq hər bir insana təsbit olunub və ÜST-nin üzvü olan ölkələr, 1978-ci ildə Almatı Bəyannaməsini imzalayaraq bununla razılaşıblar.
Pandemiya bəşəriyyətin bu məqsədə doğru nə qədər irəlilədiyini qiymətləndirməyə imkan verdi və nəticələr heç də ürəkaçan deyil. Dünya əhalisinin ən az yarısı ən əsas tibbi xidmətlərdən istifadə edə bilmir və yer üzündə 800 milyon insan büdcəsinin on faizini tibbi xidmətə xərcləyir.
Tövsiyələrini təqdim edən BMT-nin Baş katibi beş məqama diqqət yetirməyə çağırdı. Birincisi, sübut edilmiş ictimai səhiyyə vasitələrindən istifadə edərək, COVID-19-un yayılmasını nəzarətə almaq lazımdır.
İkincisi, onun sözlərinə görə, pandemiya zamanı, bütün qüvvələr koronavirusla mübarizəyə atıldıqda, digər ciddi xəstəliklər və onların qarşısının alınması barədə unutmaq olmaz. Bu çərçivədə BMT rəhbəri, əhaliyə zehni və reproduktiv sağlamlıq xidmətləri göstərməyi də tövsiyə etdi.
Üçüncüsü, o, əmindir ki, planetin bütün sakinləri COVID-19-a qarşı vaksinin hazırlandığı zaman onu əldə etmək imkanına malik olmalıdır. Bu prosesi sürətləndirmək üçün BMT ACT-Accelerator, vaksin və dərman preparatlarının hazırlanması və istehsalının sürətləndirilməsi üzrə beynəlxalq əməkdaşlıq proqramını maliyyələşdirməyi məsləhət görür.
Dördüncüsü, tibbi xidmətlərlə ümumi əhatəni təmin etmək lazımdır. Bunun üçün hökumətlər səhiyyə sistemlərinin maliyyələşdirilməsini genişləndirməli, o cümlədən adi sakinlər üçün maliyyə maneələrini mümkün qədər aradan qaldırmalıdır.
Nəhayət, beşinci, BMT gələcək pandemiyalara daha yaxşı hazırlaşmağa çağırır. Bu cür hazırlıq təkcə milli səviyyədə deyil, həm də qlobal səviyyədə əlavə investisiyalar, eləcə də bu işdə bütün sektorların və cəmiyyətin bütün təbəqələrinin iştirakı deməkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm