Böyük Britaniyada Gəncə terroruna ETİRAZ
07:55 27.10.2020
Arxiv
504
Londonda yaşayan azərbaycanlılar Böyük Britaniyanın baş naziri Boris Consonun ofisinin qarşısında icazəli aksiya keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az -a verilən məlumata görə, aksiya zamanı Gəncə şəhərində işğalçı Ermənistan ordusunun terror aktı törətməsi, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi, mülki obyektlərin dağıdılması pislənib.
Azərbaycan icmasının təşəbbüsü ilə keçirilən aksiyada türk icmasının təmsilçiləri və şəhər sakinləri də iştirak edib.
Əllərində Gəncə terrorunun qurbanlarının adları yazılan plakatlar tutan aksiya iştirakçıları, onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son qoyun!” kimi şüarlar, ingilis dilində bəyanatlar səsləndirib, Boris Consonu və Britaniya ictimaiyyətini mülki şəxslərin, xüsusi ilə də uşaqların qətlə yetirilməsinə biganə qalmamağa çağırıblar. Ermənilərin təxribatçı cəhdlərinə baxmayaraq, aksiya insidentsiz başa çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət
Sabah 39 dərəcə isti olacaq
12:40 04.08.2026
Ekologiya
Naxçıvanda hiss edilən zəlzələ olub
12:36 04.08.2026
Hadisə
Ötən gün 30 cinayətin açılması təmin olunub
12:30 04.08.2026
Hadisə
Bu qəsəbədə bütün sakinlər eyni binada yaşayır
12:27 04.08.2026
Dünya
Rusiyada yanacaq bazarında yeni araşdırmalar başlayıb
12:17 04.08.2026
Dünya