Braziliya koronavirus qurbanlarının sayına görə dünyada ikinci yerə yüksəldi


Braziliya koronavirusdan ölüm sayına görə dünya ölkələri arasında ikinci yerə yüksəlib.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

COVID-19 infeksiyasından 41 901 ölüm sayı qeydə alınmış Braziliyanı 116 825 ölüm sayı ilə ABŞ qabaqlayır.

Qeyd edək ki, ölüm faktlarının sayına görə daha əvvəl ikinci olan Böyük Britaniya indi 41 481 insan itkisi ilə siyahıda üçüncüdür.