Britaniya aviaşirkətləri hökuməti məhkəməyə verdi - Karantin rejiminə görə

Böyük Britaniyanın "British Airways", "EasyJet" və "Ryanair" aviaşirkətləri hökumətin iki həftəlik karantin qərarı ilə bağlı məhkəməyə müraciət edib.
"Sherg.az" Trend-ə istinadən xəbər verir ki, aviaşirkətlər hesab edir ki, ölkəyə gələn turistlərin karantinə alınması qərarı aviadaşımaların həcminin bərpa olunmasına, eləcə də turizm sektorunun inkişafına ciddi zərbə vuracaq.
Böyük Britaniya hökumətinin yeni qərarı iyunun 8-dən qüvvəyə minib.
Qərara əsasən, ölkəyə təyyarə, qatar və bərə ilə daxil olan turistlər sağlamlıq vəziyyəti, əlaqə məlumatları, eləcə də iki həftə karantində qalacaqları yerin ünvanı olan anketi doldurmalıdır.