Britaniyada koronavirusa yoluxanların sayı 400 mini keçib

Britaniyada son sutka ərzində 4926 nəfər koronavirusa yoluxub.  
APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, 37 nəfər isə koronavirusa görə həyatını itirib.  
Bununla da hazırda Britaniyada koronavirusa yoluxanların sayı 403 551  nəfərə, ölənlərin sayı isə 41 825 nəfərə çatıb.