Bu gün Türkiyədə 14 nəfər koronavirusdan ölüb

Son sutka ərzində Türkiyədə koronavirusdan daha 14 nəfər vəfat edib.
Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında bildirib.
Bununla da ölkədə pandemiya qurbanlarının sayı 4 792 nəfərə çatıb. Yoluxanların ümumi sayı isə 176 677 nəfərdir.
Bu gün Türkiyədə həmçinin 985 nəfər koronavirusdan sağalaraq evə buraxılıb.